Misli Premyer Liqasında XXIX turun matçları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Sabah" "Kəpəz"i qəbul edib. Görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi Valdemar Almeyda olub.

"Sabah" 36 xalla 5-ci yerdədir. "Kəpəz" isə 27 xalla 9-cu yerin sahibidir.

6 aprel (bazar)

17:00 “Sabah” – “Kəpəz” 0:1 

Qol: Valdemar Almeyda, 41

Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

VAR: Nicat İsmayıllı

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

“Bank Respublika Arena”