"Roma" klubunun əsas futbolçusu Edin Ceko UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Real"la oyunu buraxacaq. 

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu komandasının dünənki məşqi zamanı zədələib. Həkimlər tibbi müayinədən keçən Cekonun oynamamağına qərar verib.

Qeyd edək ki, "Roma" - "Real" görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.