"Napoli"dən icarə əsasında "Qalatasaray"a keçən Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, məlumatı "Fichajesd" yayıb.
Mənbəyə görə, forvarda bir neçə Səudiyyə Ərəbistanından təklif gəlsə də, hələ ki danışıqlar nəticə verməyib.
Təcrübəli hücumçunun sərbəst qalma, yəni transfer qiyməti məbləği 81 milyon avro olaraq müəyyən edilib.