Türkiyə Avropa və Konfrans Liqası finallarına ev sahibliyi edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 2026-cı ildə baş tutacaq Avropa Liqası finalı İstanbulda keçiriləcək. Bundan əlavə, Türkiyə növbəti il — 2027-ci ildə Konfrans Liqası finalına ev sahibliyi edəcək.