Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçuyla gücləndirib.
Offsideplus,az "A Spor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya "Boavişta"sında çıxış edən Natan Santosla anlaşıb. 20 yaşlı braziliyalı müdafiəçi bugünlərdə Türkiyəyə gələcək.
Bu keçidin baş tutmasında "sarı-lacivərtlilər"in baş məşqçisi Jorge Jesus bilavasitə rol oynayıb.
2021-ci ildən "Boavişta"da çıxış edən "sambaçı" bundan əvvəl Braziliyanın "Vasko da Qama" klubunda forma geyinib.


