Türkiyə Futbol Federasiyasında (TFF) növbəti prezident seçkilərində namizəd olacaq şəxs müəyyənləşib.

Offsideplus.az "Haber7"ə istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Fatih Doğan açıqlama verib.

O, "Fənərbağça" klubunun sabiq prezidenti Aziz Yıldırımın federasiyaya rəhbərlik edəcəyini deyib. Doğan çox etibarlı mənbədən məlumat aldığını vurğulayıb: "Bu, kulislərdə dolaşan iddia deyil. Çox etibarlı məlumat almışam. TFF prezidentliyi üçün Aziz Yıldırım adı keçir. Bunu daha öncə də demişdim və təkzib olunmadı".

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən ötən gün istefa verdiyini açıqlayıb. Qurumda növbəti prezident seçkiləri iyun ayında baş tutacaq. O vaxta kimi TFF-yə vitse-prezident Hüsnü Güreli rəhbərlik edəcək.