2025-26 mövsümü üzrə Azərbaycan Kubokunun qalibi "Sabah"ın 20 yaşlı vingeri Aaron Maluda mükafatlandırma mərasimindən sonra Offsideplus.az saytına müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Dediyim kimi, bu komanda və bu klubda olduğum üçün çox xoşbəxtəm. Bu gün çətin qələbə qazandıq. İndi isə bu uzun mövsümdən sonra yaxşı şəkildə bərpa olunmalı və avrokuboklara düzgün hazırlaşmalıyıq.

- Bu mövsüm 8 qol və 4 assist. Öz performansınızdan razısınız?

- Bəli, düşünürəm ki, bu mövsüm "Sabah" ilə mənim üçün çox yaxşı və tam bir mövsüm oldu. İki kubok qazandıq və buna görə çox xoşbəxtəm. Oyun şansı və kifayət qədər dəqiqələr aldım. Bu da mənə özümü göstərməyə və istedadımı inkişaf etdirməyə imkan verdi.

- Mövsümün əvvəlində bütün titulları qazanacağınızı təsəvvür edirdiniz?

- Mövsümün əvvəlində özümüzə demişdik ki, qarşımıza heç bir limit qoymamalıyıq. Bu, baş məşqçinin də əsas mesajı idi — limitsiz düşünmək. Çünki komandanın keyfiyyətli olduğunu bilirdik. Bu, böyük ambisiyaları olan yeni bir klubdur. Ona görə də orta nəticələrlə kifayətlənə bilmərik. Biz həmişə ən yaxşısını istəyirik.

- Bu mövsümkü “Sabah”ı bir sözlə necə təsvir edərdiniz?

- Bir sözlə? Möhtəşəm. Sadəcə möhtəşəm.