2025-26 mövsümü üzrə Azərbaycan Kubokunun qalibi "Sabah"ın özbəkistanlı futbolçusu Umarali Raxmonaliyev mükafatlandırma mərasimindən sonra Offsideplus.az saytına təəssüratlarını bölüşüb.

Açıqlamanı təqdim edirik:

- Bu inanılmazdır. Biz çempion olmağa layiq idik və həm kuboku, həm də çempionluğu qazanmaq — yəni “dubl” etmək — inanılmaz hissdir. Bu, insana çox böyük emosiyalar yaşadır. Deyə bilərəm ki, komandamızda oynayan bütün uşaqlar hər şeylərini ortaya qoydular. Həqiqətən hər şeylərini verdilər ki, həm Liqanı, həm də Kuboku qazandıq.

- Belə bir sonluq təsəvvür edirdiniz?

- Düzünü desəm, bəli, bunu təsəvvür edirdik. Amma əlbəttə ki, çətin olacağını da bilirdik. Çempionatın əvvəlində hər şey fərqli olur — kiminsə forması yaxşı olur, kiminsə yox. Amma düşünürəm ki, bizim liqada bütün komandalar güclüdür.

- Özbəkistanda xüsusi olaraq kimə təşəkkür etmək istəyirsiniz?

- Mənə göstərdikləri dəstəyə görə hər kəsə çox minnətdaram. Xüsusilə isə anam, atam, bacım və kiçik qardaşıma təşəkkür etmək istəyirəm. Siz mənim həyatımsınız, mənim hər şeyimsiniz.