“Sabah” klubu Çempionlar Liqasına hazırlıqlarını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, klub müdafiəçi Timoteuş Puxaçın birbaşa transferini rəsmən açıqlayıb. Belə ki, Masazır təmsilçisi Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb. Klub 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb və polşalı ulduz ilə 3 illik müqavilə imzalanıb.

Puxaç ötən ilin sentyabr ayından "Sabah"ın formasını geyinir və cari mövsümdə bütün turnirlər daxil 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.