2025-26 mövsümü üzrə Azərbaycan Kubokunun qalibi "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç mükafatlandırma mərasimindən sonra Offsideplus.az saytına müsahibə verib. 

Müsahibəni təqdim edirik:

 - Bəli, bura gəldiyim gündən etibarən hər gün inkişaf etdik. Hər məşqdən, hər oyundan sonra daha da özgüvənli olduq və daha yaxşı futbol oynamağa başladıq. Mövsümün sonunda isə açıq fərqlə ən yaxşı komanda olduq. Hamını məğlub etdik. Buna görə çox xoşbəxtəm və çox qürurluyam.

- Bu mövsüm öz performansınız haqqında nə deyə bilərsiniz? Mövqeyinizin ən yaxşısı olduğunuzu düşünürsünüz?

- Bəli, bu mövsüm mən ən yaxşı sol cinah müdafiəçisiyəm. Ən çox məhsuldar ötürməm var, statistika yalan danışmır. Hər şeyi qazandım və ən yaxşı göstəricilər məndə idi. Ona görə də bu mövsüm bəli, ən yaxşısı mən idim.

- Növbəti mövsümdə "Sabah"dan nə gözləyə bilərik?

- Ümid edirəm ki, heyəti qoruyub saxlaya biləcəyik və çox oyunçu komandadan ayrılmayacaq. Çünki hazırda çox yaxşı komandamız var və bunu qorumaq lazımdır. Əgər bu heyəti saxlasaq, növbəti mövsüm də bizim üçün çox uğurlu keçəcək.

- Azərbaycanlı azarkeşlərə nə demək istərdiniz?

- Mən Bakını sevirəm! Bəli, mən Bakını sevirəm. Çox sağ olun!