"Çelsi" qışda bir futbolçusu ilə yolları ayıra bilər.

Offsideplus.az xəbər verir ki, söhbət Kristofer Nkunkudan gedir.

London təmsilçisinin baş məşqçisi Enzo Mareska məsələ ilə bağlı bunları söyləyib:

"Yanvarda getmək istəyənlərə "qal" deməyəcəm. Ayrılmaq istəyənlər? Ən doğru olan şey xoşbəxt olmayanların buradan çıxıb getməsidir. Nkunkunun bunu istəyib-istəməyəcəyini bilmirəm. Amma onun burada olmağından xoşbəxtik. Qalmasını istəyirik".