Trent Aleksandr-Arnold karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, ingiltərəli müdafiəçi ilə "Real" yaxından maraqlanır. Məlumatı "Marca" nəşri yayıb. 

Madrid təmsilçisi keçid üçün yanvara kimi gözləyəcək. Bundan sonra "Liverpul"a rəsmi təklif ünvanlayacaq.

Mersisaydlılar oyunçunu satmaq niyyətində olmasa, "Kral" müdafiəçini razı salmağa çalışacaq. 

Mənbənin məlumatına görə, Trent Aleksandr-Arnold da "Liverpul"la yeni saziş bağlamaq niyyətində deyil. Karvaxalın da zədələnməsi futbolçunun "Real"a keçidinə şərait yarada bilər. 

Qeyd edək ki, müdafiəçinin İngiltərə klubu ilə 2025-ci ilin iyununa kimi müqaviləsi var.