İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Daily Star"a istinadla xəbər verir ki, "şəhərlilər" Argentina "Boka Xuniors"unun sol cinah müdafiəçisi Valentin Barko ilə güclənmək niyyətindədir.

MS 19 yaşlı futbolçunu qışda heyətinə qatacaq.

Premyer Liqa təmsilçisinin onun üçün 8 milyon funt sterlinq ödəyəcəyi bildirilir.