İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Standart Sport"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi sıralarına qatmaq istəyir.

"Brayton"dan Moizes Kaysedonu sıralarına qata bilməyən "zadəganlar" diqqəti argentinalı futbolçuya yönəldib.

Qeyd edək ki, 29 yaşlı Paredeslə "Qalatasaray" klubu da yaxından maraqlanır.