İngiltərənin "Tottenhem" klubu futbolçusu Son Hın Minlə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Cənubi koreyalı futbolçu ilə imzalanan müqavilə 2025-ci ilin yayınadək nəzərdə tutulub. 

29 yaşlı futbolçu 2015-ci ildən London klubunun şərəfini qoruyur. O, bu müddətdə 107 qol, 64 məhsuldar ötürmə ilə yadda qalıb.