Fevralın 2 -də "Boka Xuniors"la anlaşan Markos Roxo gözləmədiyi münasibətlə üzləşib.
Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, 30 yaşlı argentinalı "Mançester Yunayted"in onunla yeni əməkdaşlıqda maraqlı olmadığını sosial şəbəkələrdə yayılan xəbərlərdən öyrənib. Halbuki klub rəhbərliyi ilə görüşüb vidalaşacağına ümid edirmiş. Hətta müqavilədə sözləşmənin 2022-nin yayına qədər uzadılmasının mümkünlüyünə dair bənd var imiş.
Qeyd edək ki, Roxo 2014-2021--ci illər aralığında 112 görüşdə "qırmızı şeytanlar"ın formasını geyinərək 2 qol vurub, 4 məhsuldar ötürmənin müəllifi olub.