"Tottenhem"in Cənubi koreyalı futbolçusu Son Hın Min Asiyada 2020-ci ilin ən yaxşısı seçilib.
Offsideplus.az Fox sports-a istinadən xəbər verir ki, 2020-ci ilin ən yaxşı futbolçusu ilə bağlı sorğuda birinci yeri 28 yaşlı hücumçu tutub. Son ilk pillədə 286 xalla qərarlaşıb.
Rusiyanın "Zenit" klubunda çıxış edən iranlı forvard Serdar Azmun 89 xal toplayaraq 2-ci olub. Üçüncü yeri isə Cənubi Koreyanın "Ulsan Hunday" komandasının hücumçusu Junior Neqrao (83 xal) tutub.