"Tottenhem"in futbolçusu Son Hın Minin 16-cı turda vurduğu qol İngiltərə Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı qoluseçilib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı cənubi koreyalı hücumçu "Börnli" ilə matçda meydanın komandasına aid hissəsində topu alıb və altı rəqibini keçərək fərqlənə bilib.
Qeyd edək ki, qarşılaşma "Tottenhem"in 5:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.