İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində "Tottenhem" - “Çelsi” (0:2) matçında qırmızı vərəqə alan “Tottenhem”in hücumçusu Son Hın Minin cəzası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası Antonio Rudigerə qarşı kobudluğa görə meydandan kənarlaşdırılan koreyalı futbolçuya 3 oyunluq cəza verib.
“Tottenhem” rəhbərliyi qərardan şikayət edərək, futbolçuya verilən cəzanın haqsız olduğunu, qırmızı vərəqənin ləğvini istəyir.