"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Everton"la xaotik 3:3 hesablı heç-heçə etdikdən sonra Premyer Liqa çempionluğu yarışının komandasının nəzarətindən çıxdığını etiraf edib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüşdən sonra bunları söyləyib:
"İndi bizim əlimizdə deyil, əvvəllər var idi, indi yox.
Premyer Liqada dörd oyunumuz qalıb. Onlar çox oxşar olacaq və nə olacağını görəcəyik".
Qeyd edək ki, hazırda bir oyun çox keçirən "Arsenal" 76 xalla liderdir. İkinci sırada gedən MS-nin aktivində 71 xal var.


