“Final matçlarında daha gərgin bir mübarizə olacağını gözləyirdim”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Şəki” basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasında final seriyası haqqında fikirlərini bölüşüb:
“Abşeron Lions” xüsusən də zədələr və xəstəliklər səbəbindən tam heyətlə çıxış edə bilmədi. Komandanın lideri Ceyms Freyzer zədəsinə baxmayaraq, hələ də oynayır və əlindən gələni edir. Mərkəz oyunçusu Sadettin Donatın olmaması daxili rotasiyada problemlər yaradır və onları “Sabah”ın uzun oyunçularına qarşı zəiflədir. Son oyunda Gediminas Orelik də, çox güman, xəstəlik səbəbindən oynamadı və bu da komanda üçün işləri çox çətinləşdirdi. “Sabah” isə rotasiyalardan və güclü heyətindən yaxşı istifadə edir. Görünür, “Sabah” final seriyasında qalib gələcək”.
Qeyd edək ki, bu gün "Sabah" və "Abşeron Lions" arasında üçüncü oyun baş tutacaq. Bakı İdman Sarayında baş tutacaq matç saat 19:00-da başlayacaq. Əvvəlki iki qarşılaşmada "bayquşlar" qələbə qazanıb.


