Çempionlar Liqasında ilk finalçı bu gecə müəyyənləşəcək.

Offsideplus.az xəbər verir ki, "Arsenal" Londonda "Atletiko"nu qəbul edəcək.

Tərəflər arasındakı ilk matç heç-heçə yekunlaşıb - 1:1.

Qeyd edək ki, "Arsenal" indiyə qədər Çempionlar Liqasında bir dəfə final oynayıb. Madrid təmsilçisi isə bunu 3 dəfə bacarıb. Heç bir komanda çempionluq sevinci yaşamayıb.

Çempionlar Liqası, yarımfinal cavab oyunu

23:00 "Arsenal" - "Atletiko" (Madrid)

İlk oyun: 1:1