"Mançester Siti" rəhbərliyi bu yayda da transfer bazarında aktiv olmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, "Şəhərlilər"in hədəfində "Real Madrid"in ulduz yarımmüdafiəçisi Orelyen Çuamenidir.

​Məlumata görə, Mançester təmsilçisi fransalı futbolçu üçün rəsmi təklif hazırlayıb. Pep Qvardiolanın komandası bu transfer üçün büdcəsindən rekord məbləğ ayırmağa hazırdır.

​"Mançester Siti" futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.

Qvardiola orta sahəni daha da gücləndirmək və müdafiəyə meyilli yarımmüdafiə xəttində rəqabəti artırmaq niyyətindədir.

​Danışıqların bu yay transfer pəncərəsi açılan kimi rəsmiləşməsi gözlənilir.

​"Orelyen Çuameni hazırda dünyanın ən yaxşı "altı nömrələri"ndən biri hesab olunur və onun "Real Madrid"dən ayrılması dünya futbolunda ilin hadisəsi ola bilər."

​Hələlik "Real Madrid" rəhbərliyinin bu astronomik təklifə necə cavab verəcəyi məlum deyil.