Azərbaycan Kubokunun final matçına bilet satışı start götürüb.

Offsideplus.az xəbər verir ki, "Sabah" və "Zirə" komandaları arasında keçiriləcək həlledici oyunun biletlərini artıq "iticket.az" saytından əldə etmək olar.

Qiymətlər sektorlardan asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manat arasında dəyişir.

Qeyd edək ki, final qarşılaşması mayın 13-də "Neftçi Arena"da baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək.