"Şamaxı" futbol klubu Azərbaycan çempionatları tarixində öz meydanında 10-cu dəfə böyükhesablı məğlubiyyət acısı yaşayıb.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XXX turunda "Sabah"a 0:3 hesabı ilə uduzan bölgə təmsilçisi antirekordunu yeniləyib. Bu, komandanın 363-cü ev oyununda qeydə alınan 10-cu ağır yenilgidir.
Cari mövsüm "Şamaxı" üçün xüsusilə uğursuz alınıb. Belə ki, komanda artıq 3-cü dəfə azarkeşləri önündə 3 və ya daha çox top fərqi ilə məğlub olur (daha əvvəl "Kəpəz"ə 1:4, "Qəbələ"yə 0:4). Bu nəticə ilə 2022/2023 mövsümündəki antirekord (2 belə oyun) geridə qalıb.
Qeyd edək ki, vaxtilə "Xəzər Universiteti", "İnter" və "Keşlə" adları ilə çıxış etmiş klubun doğma meydandakı ilk böyükhesablı məğlubiyyəti 2000-ci ildə "Neftçi"yə qarşı (1:4) qeydə alınıb.


