"Qarabağ" futbolçusu Leandro Andrade klubun heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qoluna imza atıb.
Offsideplus.az xəbər verir ki, onun yubiley qolu Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz"la keçirilən ev oyununa (2:1) təsadüf edib. Andrade bu göstəriciyə Ağdam təmsilçisinin heyətində çıxdığı 211-ci matçda nail olub.
Onun qollarının turnirlər üzrə bölgüsü belədir:
Premyer Liqa: 45 qol (135 oyun)
Avrokuboklar: 13 qol (56 oyun)
Azərbaycan Kuboku: 2 qol (20 oyun)
Qeyd edək ki, 26 yaşlı futbolçu "Qarabağ"dakı qol hesabını 2022-ci il aprelin 2-də "Səbail"ə qarşı keçirilən matçda (5:1) açıb.


