Azərbaycan Basketbol Liqasında (ABL) final seriyası davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün "Sabah" və "Abşeron Lions" arasında üçüncü oyun baş tutacaq.

Əvvəlki iki qarşılaşmada "bayquşlar" qələbə qazanıb.

Əgər bu gün də onlar qalibiyyət əldə etsə, 2025/26 mövsümünün çempionu olacaqlar.

Görüş "Abşeron Lions"ın xeyrinə naşa çatsa, seriyafa dördüncü oyun oynanılacaq.

Bakı İdman Sarayında baş tutacaq matç saat 19:00-da başlayacaq.