"Harts" Şotlandiya Premyer Liqasında tarixi çempionluğa bir addım da yaxınlaşıb.
Offsideplus.az xəbər verir ki, turnir cədvəlinin lideri doğma meydanda "Reyncers"i geridən gələrək 2:1 hesabı ilə məğlub edib.
Qələbə gətirən qollara Stiven Kinqsli və Lourens Şenkland imza atıb.
Bu nəticədən sonra "Harts" ən yaxın izləyicisi "Seltik"i 3 xal qabaqlayır.
Mövsümün sonuna 3 tur qalmış liderliyini qoruyan komanda 1985-ci ildən bəri Şotlandiyada "Seltik" və "Reyncers" hegemonluğunu qıran ilk klub olmağa hazırlaşır.
"Harts" çempionluğunu növbəti turlarda və ya sonuncu matçda – "Seltik"lə həlledici dueldə rəsmiləşdirə bilər.


