Dünya futbolunun ən nüfuzlu mütəxəssislərindən olan Yurgen Kloppun növbəti dayanacağı ilə bağlı maraqlı məlumatlar yayılıb.
Offsideplus.az xəbər verir ki, "Liverpul"dan ayrıldıqdan sonra istirahətə çəkilən və daha sonra "Red Bull" klublarının akademiya rəhbəri olan almaniyalı məşqçinin tələsmədiyi və strateji seçim etdiyi bildirilir.
Klopp qərarını verdi: Onun əsas istəyi Almaniya milli komandasına rəhbərlik etməkdir. Lakin təcrübəli mütəxəssis bu məsələdə olduqca ehtiyatlı və hörmətli davranır. Belə ki:
- Klopp hazırkı baş məşqçi Yulian Naqelsmannın gördüyü işi yüksək qiymətləndirir və ona böyük hörmətlə yanaşır.
- O, milli komanda postuna keçmək üçün tələsmir və uyğun zamanın gəlməsini gözləyir.
Son vaxtlar adı İspaniya nəhəngi ilə hallansa da, Kloppun gələn mövsümdən "Real Madrid"in sükanı arxasına keçmək kimi bir planı yoxdur. Alman mütəxəssis klub səviyyəsində dərhal işə qayıtmaqdansa, bir müddət də "kənarda qalmağı" və enerjisini bərpa etməyi üstün tutur.


