Entoni Edvardsın zədədən qayıdışı və "Minnesota"nın kollektiv oyunu, Viktor Vembanyamanın tarixi rekordunu kölgədə qoyub. 

Offsideplus.az xəbər verir ki, Qərb konfransının yarımfinal seriyasının ilk matçında "Timbervulvz" səfərdə "San Antonio Spörs"ü 104:102 hesabı ilə məğlub edərək sensasiyaya imza atıb.

"İlin müdafiəçisi" seçilən Vembanyama matçda 12 blokla pley-off rekordunu qırsa da, bu, komandasının məğlubiyyətinə mane olmayıb.

Zədə səbəbindən son iki oyunu qaçıran Edvards ehtiyatdan daxil olaraq 18 xal toplayıb. Qalib komandanın heyətində Culius Rendl 21 xalla yadda qalıb.

Matçdan sonra açıqlama verən Edvards bildirib:

"Biz sadəcə qazanmaq istəyirik. Ola bilsin, əvvəlki kimi atletik deyiləm, amma belə böyük oyunlarda kiçik detallarla komandama kömək etməliyəm".