NBA-də ötən gecə oynanılan qarşılaşmalardan sonra günkü oyun günündən sonra pley-off mərhələsinin ikinci raundunun bütün cütlükləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Detroyt" "Orlando"nu, "Klivlend" isə "Toronto Reptors"u 7-ci matçda məğlub edərək konfrans yarımfinallarına yüksələn son komandalar olublar.
Qərb konfransı:
"Oklahoma" (1) – "Leykers" (4)
"San Antonio" (2) – "Minnesota" (6)
Şərq konfransı:
"Detroyt" (1) – "Klivlend" (4)
"Nyu-York Niks" (3) – "Filadelfiya" (7)
İkinci raund mayın 4-dən 5-nə keçən gecə "Niks" – "Siksers" (Bakı vaxtı ilə saat 04:00) və "Spurs" – "Timbervulvz" (Bakı vaxtı ilə saat 05:30) qarşılaşmaları ilə başlayacaq.


