"Mercedes" pilotu Kimi Antonelli bazar günü Mayami Qran-prisinin qalibi olub və ardıcıl üçüncü dəfə poul-mövqeyindən start götürərək qazandığı qələbə ilə adını Formula 1-in rekordlar kitabına yazdırıb.
Offsideplus.az xəbər verir ki, 19 yaşında çempionata liderlik edən tarixin ən gənc sürücüsü olan Antonelli, həmçinin karyerasındakı ilk üç qələbəsinin hamısını start düzülüşünün ən ön pilləsindən qazanan ilk pilot olub. O, həm də Mayami yarışının beş illik tarixində bu trekdə birinci cərgədən start götürərək qalib gələn ilk idmançıdır.
Yarışda "Maklaren"in dünya çempionu Lando Norrisi 3.2 saniyə fərqlə qabaqlayan Antonelli, dörd mərhələdən sonra (hamısını "Mersedes" qazanıb) xal fərqini 20-yə çatdırıb. O, yarışdan sonra belə deyib:
“Bu, yalnız başlanğıcdır, yol hələ uzundur. Biz çox gərgin çalışırıq və komanda inanılmaz bir iş ortaya qoyur”.


