Azərbaycanın cüdo yığması Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan "Böyük Dəbilqə" turnirində çıxışını 3 bürünc medalla tamamlayıb.
Offsideplus.az xəbər verir ki, yarışın sonuncu günündə ağır çəkidə mübarizə aparan təmsilçilərimiz Camal Qamzatxanov və Uşaqni Kokauri (hər ikisi +100 kq) bürünc mükafatlara sahib çıxıblar.
Qeyd edək ki, komandamızın aktivindəki digər bürünc medalı daha əvvəl 73 kq çəki dərəcəsində yarışan Rəşid Məmmədəliyev qazanmışdı. Beləliklə, millimiz turniri ümumilikdə 3 medalla bitirib.


