"Mançester Siti" və Fil Foden yeni müqavilə ilə bağlı prinsipcə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin üzvünün hazırkı sözləşməsi 2027-ci ilə qədər olsa da, tərəflər 2030-cu ilin iyununa qədər nəzərdə tutulan yeni 4 illik müqavilə barədə razılaşıblar. Sözləşmədə müddətin daha 1 il uzadılması variantı da yer alıb.

Hazırda rəsmi sənədləşmə işlərinin yekunlaşması gözlənilir.

F. Foden 4 yaşından bəri "Mançester Siti"nin üzvüdür. O, cari mövsüm 45 oyunda 10 qol vurmağı bacarıb.