"Neftçi" yay "transfer pəncərəsi" üçün ilk hədəfini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, "Yagelloniya"nın hücumçusu Afimiko Pululu karyerasını Azərbaycanda davam etdirə bilər. Anqolalı forvardın klubla olan müqaviləsi mövsümün sonunda başa çatır və o, sözləşməni yeniləməkdən imtina edib.

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

27 yaşlı futbolçunu "Neftçi" azad agent kimi heyətinə qatmağı planlaşdırır. 

Qeyd edək ki, "Bazel"in yetirməsi olan Afimiko Pululu 2023-cü ildən "Yagelloniya"nın şərəfini qoruyur.

O, 2024/25 mövsümündə 8 qolla Konfrans Liqasının bombardiri olub.