Misli Premyer Liqasının XXX turunda "Kəpəz"in müdafiəçisi Rauf Hüseynli nadir göstəriciyə imza atıb.
Offsideplus.az xəbər verir ki, "Sumqayıt"la keçirilən ev qarşılaşmasında (2:1) cəmi 4 dəqiqə ərzində iki qol vuran futbolçu mövsümün rekordunu təkrarlayıb. 86 və 89-cu dəqiqələrdə rəqib qapısına yol tapan Rauf, bu uğuru ilə "Qarabağ"ın legioneri Leandro Andradenin göstəricisinə şərik çıxıb.
Maraqlıdır ki, Hüseynli hər iki qolunu penaltidən vurmaqla bu mövsüm bir matçda iki dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü oyunçu olub. Ondan əvvəl Aleksandr Ramalinqom ("Sumqayıt"), Coy-Lens Mikels ("Sabah") və Toral Bayramov ("Qarabağ") bənzər statistikaya imza atmışdılar.
Bununla belə, Rauf hər iki penaltini cəmi 4 dəqiqəyə reallaşdırmaqla Ramalinqomun 12 dəqiqəlik rekordunu geridə qoyaraq bu sahədə yeni lider olub.


