Vinisius Junior "Espanyol"la matçda rəqibi ilə məzələnib: "Onsuz da Sequndaya (aşağı liqa) gedəcəksiniz"
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in "Espanyol"a 2:0 hesabı ilə qalib gəldiyi oyunda braziliyalı futbolçu rəqib müdafiəçi Omar El-Hilali ilə gərginlik yaşayıb. "Movistar Plus+" kameraları braziliyalı ulduzun rəqibinə qarşı işlətdiyi sərt ifadələri qeydə alıb.
Meydanda rəqibini axmaq adlandıran Vinisius, ona belə deyib:
"Axmaqlıq etmə, sonra gəlib formamı istəyərsən. Sən onsuz da Sequndaya qayıdacaqsan".
Vinger rəqib oyunçunun televizora düşmək üçün belə davrandığını iddia edib, hətta "Espanyol"un baş məşqçisinə səslənərək El-Hilalinin qırmızı vərəqə almaması üçün dəyişdirilməsini təklif edib.
Qeyd edək ki, sözügedən matçda Vinisius dubl müəllifi olub.


