"Barselona"nın idman direktoru Deko heyəti gücləndirmək məqsədilə mühüm addım atıb.
Offsideplus.az xəbər verir ki, o, "Nyukasl Yunayted"in ulduz cinah oyunçusu Entoni Qordonun agenti ilə bir araya gələrək futbolçunun gələcək transferini müzakirə edib.
Kataloniya klubu bu yay ingilis futbolçunu heyətinə qatmaqda olduqca israrlıdır. Əldə olunan məlumata görə, "Barselona" 25 yaşlı hücumçunu hücum xəttinin sol cinahı üçün ideal namizəd hesab edir.

Bu transferin 60 milyon avroya başa gəlməsi ehtimalı var.


