AFFA Apelyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 23-cü turunda "Turan Tovuz"a qarşı keçirilən oyunda azarkeşlərin hakimləri kütləvi şəkildə təhqir etməsinə görə "Neftchi"yə kəsilən 8000 manatlıq cərimə ilə bağlı klubun şikayəti rədd edilib.

Eyni qarşılaşmada nümayiş olunan təhqiramiz bannerə görə paytaxt təmsilçisinə verilən 15 000 manatlıq cəriməyə gəlincə, əlavə sübutların toplanması və araşdırılması zərurəti ilə əlaqədar bu məsələ üzrə qərar təxirə salınıb.