​"Arsenal"ın ulduz yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqası çərçivəsində keçirilən "Atletiko Madrid"lə qarşılaşmadan sonra hakimə qarşı səsləndirdiyi tənqidi fikirlərə görə intizam məsuliyyətinə cəlb oluna bilər.

Offsideplus.az xəbər verir ki, ​matçın son dəqiqələrində ləğv edilən qalmaqallı penalti qərarından sonra hakimliyə açıq şəkildə etiraz edən ingiltərəli futbolçu indi UEFA-nın radarına düşüb. Rays oyunsonu açıqlamasında meydan sahiblərinin azarkeş təzyiqinin və stadiondakı atmosferin hakimin qərarına təsir etdiyini iddia edib.

​Futbolçunun çıxışı hakimin obyektivliyini və dürüstlüyünü şübhə altına alan hərəkət kimi qiymətləndirilir.

​Əgər ittihamlar təsdiqlənərsə, Deklan Rays bir neçə oyunluq diskvalifikasiya edilə bilər.

​Bu cəza Raysın cavab qarşılaşmasında, hətta "Arsenal" mərhələni keçərsə, final oyununda iştirakını sual altına qoyur.

​"Hakimin qərarlarını şübhə altına almaq intizam qaydalarının ciddi şəkildə pozulması deməkdir." — UEFA-nın rəsmi nümayəndələrinin ilkin rəyi bu yöndədir.