"Mançester Yunayted" Çempionlar Liqasına vəsiqəni təmin etdikdən sonra diqqətlər Maykl Kerrikin komandada qalıb-qalmayacağına və yay transferlərinə yönəlib.
Offsideplus.az xəbər verir ki, rəhbərlik onun barədə qərarını artıq verib və mövsümün son oyunları bu qərara təsir etməyəcək. Hazırda o, baş məşqçi postuna əsas namizəddir. Rəqibləri arasında Andoni İraolanın adı çəkilsə də, Kerrikin klubdakı nüfuzu onun şanslarını artırır.
Klub rəhbərliyi heyəti gücləndirmək üçün ciddi büdcə ayırmağı planlaşdırır:
Yarımmüdafiə: Əsas hədəf "Brayton"dan Karlos Balebadır. Siyahıda həmçinin Joao Qomeş ("Vulverhempton") və Mateus Fernandesin ("Vest Hem") adları var. Bazar imkanlarından asılı olaraq Ederson ("Atalanta"), Aureliyen Tçuameni ("Real Madrid") və Morten Hyulmandla ("Sportinq") da maraqlanırlar.
Müdafiə: Murillo ("Nottinqem Forest") və Miki van de Ven ("Tottenhem") mərkəz müdafiəsi üçün əsas namizədlərdir. "Arsenal"dan Maylz Lüis-Skelli isə cinah müdafiəçisi kimi diqqət mərkəzindədir.
Hücum: Markus Reşford və Ceydon Sançonun gələcəyi bəlli olduqdan sonra hücum xəttinə baxılacaq. İliman Ndiaye ("Everton") və Yan Diomande ("Leyptsiq") əsas hədəflər arasındadır.
Klub üçün hazırda prioritet baş məşqçi məsələsini rəsmiləşdirib, dərhal transferlərə başlamaqdır.


