Premyer Liqada ardıcıl 6 məğlubiyyət alan "Çelsi"nin gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq şansı demək olar ki, yox dərəcəsindədir.
Offsideplus.az xəbər verir ki, lakin riyazi olaraq hələ də bir "möcüzə yolu" mövcuddur.
London klubunun Avropanın ən nüfuzlu turnirinə qatılması üçün aşağıdakı üç şərtin eyni anda reallaşması mütləqdir:
- "Aston Villa"nın Avropa Liqası çempionluğu: Birminhem təmsilçisi mütləq Avropa Liqasının qalibi olmalıdır.
- "Aston Villa"nın liqa mövqeyi: "Aston Villa" Premyer Liqanı 5-ci pillədə başa vurmalıdır.
- "Çelsi"nin öz performansı: "Çelsi" qalan oyunlarından ən azı 2-də qələbə qazanmalı və çempionatı 6-cı yerdə bitirməlidir.
Hazırda turnir cədvəlində geriləyən və ardıcıl 6 oyundur xal üzünə həsrət qalan "Çelsi" üçün bu ssenari olduqca çətin görünür. Azarkeşlər komandanın daxili böhran keçirdiyi bir vaxtda bu qədər nəticənin üst-üstə düşməsini "fantastika" adlandırırlar.


