Misli Premyer Liqasının XXIX turunda "Neftçi"yə qarşı oyunda (5:1) 200-cü oyununu keçirən Kevin Medinaya "Qarabağ" klubu tərəfindən rəmzi forma hədiyyə olunub.
Offsideplus.az xəbər verir ki, "Turan Tovuz"a qarşı MPL-nin XXX tur oyunundan əvvəl klubun rəsmisi Fərid Ağayev hədiyyə formanı kolumbiyalı futbolçuya təqdim edib.
Qeyd edək ki, Medina Ağdam təmsilçisində keçirdiyi 200 oyunda 6 qol vurub.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram


