"Real Madrid"i çalışdırmağa əsas namizəd məlum oldu.
Offsideplus.az xəbər verir ki, Unay Emeri "kral klubu"na keçməyə yaxındır.
Bu barədə "talkSPORT" məlumat yayıb.
Emerinin hazırkı klubu "Aston Villa" ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.
Onun komandası Avropa Liqasının yarımfinal mərhələsində mübarizə aparır.
Ispaniyalı mütəxəssis daha əvvəl bu kuboku 4 dəfə qazanmağı bacarıb.


