Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gündən etibarən növbəti hazırlıq mərhələsinə start verir.
Offsideplus.az xəbər verir ki, yığmamız mayın 20-nə qədər Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində millimiz Qazaxıstan seçməsi ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Qarşılaşmalar mayın 7-si və 9-da, saat 18:00-da start götürəcək.
Baş məşqçinin toplanışa dəvət etdiyi heyəti təqdim edirik:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov.
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.


