"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandasının Londonda qalacağı otellə bağlı gözlənilməz və maraqlı bir qərar verib.
Offsideplus.az xəbər verir ki, İspaniya klubunun London səfəri öncəsi Simeone rəhbərliyə tapşırıq verərək, son dəqiqədə hotelin dəyişdirilməsini tələb edib. Maraqlıdır ki, komanda ötən ilin oktyabr ayında "Arsenal"a 4:0 hesabı ilə uduzarkən qaldığı oteldə yenidən yerləşməkdən imtina edib.
Təcrübəli mütəxəssis bu dəyişikliyin maliyyə xərclərinə qənaət məqsədilə edildiyini iddia edib.
Futbol ictimaiyyəti və klub ətrafında gəzən söz-söhbətlərə görə, əsl səbəb maliyyə deyil, Simeonenin "uğursuzluq gətirən" məkandan qaçmaq istəyi və batil inanclarıdır.
Oktyabrda "Arsenal" qarşısında alınan ağır məğlubiyyətin komandada mənfi aura yaratdığı və məşqçinin bu enerjini dəyişmək istədiyi bildirilir.
Məşhur məşqçinin bu addımı "totem" kimi qiymətləndirilir.


