İyunun 27-də Bakı da baş tutacaq UFC gecəsinin daha bir döyüşü məlum olub.

Offsideplus.az xəbər verir ki, Şarabutdin Maqomedov Miçel Pereyra ilə döyüşəcək.

Bu barədə UFC-nın rəsmi sosial media hesabları məlumat yayıb.

Şarabutdin indiyə qədər yalnız bir dəfə məğlub olub. Onun rəqibi isə indiyə 46 döyüş keçirib və 32-də qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, bir gözü olmayan Ş. Maqomedov yalnız ABŞ-dan kənarda olan UFC tədbirlərində iştirak edə bilir.