"Bayern Münhen" klubunun fəxri prezidenti Uli Höness komandanın yarımmüdafiəçisi Konrad Laymerlə bağlı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, o, avstriyalı futbolçunun müqaviləsini uzatmaq istədiklərini bildirsə də, maaş məsələsində razılaşmalı olduqlarını istehzalı bir formada bildirib:
"Laymerlə müqaviləni yeniləmək istəyirik, lakin oyunçular maaş tələblərini müəyyənləşdirərkən Maradona və ya Keyn olmadıqlarının fərqində olmalıdırlar".
Qeyd edək ki, Laymerin Münhen təmsilçisi ilə sözləşməsi 2027-ci ilin yayında başa çatacaq. O, cari mövsüm 43 oyunda 3 qol vurub və 12 məhsuldar ötürmə edib.


