İyunun 27-də Bakıda növbəti UFC tədbiri baş tutacaq.
Offsideplus.az xəbər verir ki, döyüş gecəsində Rafael Fiziyev də oktaqona çıxacaq.
Bu barədə UFC-nin rəsmi sosial media hesabları məlumat yayıb.
Onun rəqibi Manuel Torres olacaq. Meksikalı döyüşçü son iki döyüşündə qalib gəlməyi bacarıb.
Onun MMA göstəricisi - 17-3-dür. O, 17 qələbəsinin 9-nu nokautla qazanıb.
Son döyüşündə məğlub olan Fiziyev Bakıda, öz azarkeşlərinin önündə yalnız qalibiyyəti hədəfləyir.


