Bilbao "Atletik"i yeni baş məşqçisini tapıb.
Offsideplus.az xəbər verir ki, bundan sonra bask təmsilçisi Edin Terziç çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onunla 2 illik müqavilə imzalanıb.
43 yaşlı mütəxəssis bu postda Ernesto Valverdeni əvəz edəcək.
Terziç 2024-cü ilin yayında "Borussiya"dan ayrılandan bəri işsiz idi.


